2014-ci ildən
Azərbaycanın ilk tələbə hüquq jurnalı
Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı BDU Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin nəşri olmaqla tələbələr tərəfindən təşkil olunan və müvafiq akademik yoxlama qaydası ilə redaktə edilən ilk və tək jurnal olub milli və müqayisəli hüquqda mövcud olan müasir hüquq problemlərinə akademik səviyyədə peşəkar yanaşmanı təbliğ edir. Jurnalın əsası 2014-cü ilin noyabr ayında qoyulub. Hüquq tələbələrinin hüquqi yazı və hüquqi düşüncə bacarıqlarını üzə çıxararaq inkişaf etdirməklə onları akademik araşdırmaya həvəsləndirmək və bunu sağlam elmi rəqabət ənənəsinə çevirmək Jurnalın daimi məramını təşkil edir.
Jurnal dünyanın ən böyük hüquqi araşdırma məlumat bazası olan HeinOnline və Scopus-a daxil edilmişdir.
ISSN 2412-5555
Son say
Buraxılış 12:2
-
Beynəlxalq kommersiya arbitrajında konfidensiallığa hansı qanunvericilik tətbiq olunmalıdır?
Çox hüquqşünas düşünür ki, mübahisələrin həlli yolu olaraq arbitrajı seçməyin ən böyük üstünlüklərindən biri onun daha konfidensial olmasıdır. Beləliklə, tərəflər arasındakı böyük mübahisələr rezonans doğurmayacaq və onların kommersiya maraqları qorunacaq. …
-
“AI Washing” korporativ mühitdə yanlış təqdimatın yeni forması kimi
Korporativ mühitdə yanlış təqdimat uzun müddətdir ki, maliyyə fırıldaqçılıqlarından və məhsullar haqqında şişirdilmiş iddialardan tutmuş, aldadıcı açıqlamalara qədər müxtəlif formalarda maliyyə bazarlarının bütövlüyünə təhlükə yaradır. Məqalədə belə pozuntuların yeni formalarından …